Tokayevdən İlham Əliyevə TELEFON ZƏNGİ

Hazırda oxunan: Tokayevdən İlham Əliyevə TELEFON ZƏNGİ

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi endirib və parlament seçkiləri, sülh müqaviləsi danışıqları və digər mövzular haqqında fikirlər mübadilə etmişlər.

210668

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

Qasım-Jomart Tokayev Qazaxıstan nümayəndələrinin də müşahidə etdiyi parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə İlham Əliyevi təbrik edib.

Qazaxıstan Prezidenti qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqları üçün Almatı platformasını təmin etməyə hazırdır.

İlham Əliyev Bakının Astana ilə ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığı daha da gücləndirmək üçün səylərini davam etdirmək niyyətində olduğunu bildirib.

Telefon danışığı zamanı Qasım-Jomart Tokayev V Ümumdünya Köçəri Oyunlarına nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

O, strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasını qeyd edib.

Tokayev iki ölkə xalqlarının daha da yaxınlaşması üçün sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin