Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ruiya mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovla Lavrovun görüşünün təfərrüatı açıqlandı - FOTOLAR
Bildirilib ki, XİN rəhbərləri Ermənistan sərhədində vəziyyətin kəskinləşməsini müzakirə ediblər.
Bizim.Media