Prezidentdən Milli Müdafiə Universiteti ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən Milli Müdafiə Universiteti ilə bağlı FƏRMAN

210414

Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı hərbi kolleclərdə peşəkar gizir miçman heyəti hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda qeyd olunub.

Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir miçman kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin