Gürcüstandan vasitəçilik TƏKLİFİ – Rusiya razılaşacaqmı?  

Hazırda oxunan: Gürcüstandan vasitəçilik TƏKLİFİ – Rusiya razılaşacaqmı?  

21007

“İrəvanda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyi təklifini irəli sürüb. Gürcüstanın baş naziri bu təklifi bir neçə gün əvvəl Bakıda da səsləndirmişdi. “Gürcüstan Tbilisini Azərbaycan və Ermənistan arasında dialoq platforması üçün təklif etməyə hazırdır” deyə eyni təklifi Gürcüstanın xarici işlər naziri David Zalkaliani da dilə gətirib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə David Zalkaliani Gürcüstanın Cənubi Qafqazın üç ölkəsi arasında dialoqa hazırlığını ifadə edərək siyasi iradə olarsa, nəzərəçarpacaq nəticələr əldə etmək mümkünlüyünü vurğulayıb:
 

“David Zalkaliani Gürcüstanın önəmli siyasi məsələlər üzrə vasitəçiliklə bağlı resursunun mövcüdluğu ilə bağlı illüziyasının olmadığını desə də Tbilisidə müzakirəsi mümkün olan mövzuları bu cür sadalayıb.

 

“İqtisadi əməkdaşlıq, kiçik və orta sahibkarlıq, insanlar arasında əlaqələr və humanitar məsələlərlə bağlı vasitəçiliyimiz mümkündür”. Nə Bakının, nə də İrəvanın Tbilisinin vasitəçilik təklifinə konkret cavabı yoxdur. Hazırda Azərbaycanla Ermənistan arasında vasitəçi – moderator Rusiyadır. Moskva diplomatik münasibətləri olmayan Gürcüstanın Azərbaycanla Ermənistan arasında ikinci moderator kimi meydana çıxmasına razılaşmaz. Azərbaycanla Gürcüstan bir-birlərinin ərazi bütövlüklərini dəstəkləyir və strateji əlaqələrini qoruyurlar. Buna görə də Gürcüstanın moderatorluğundan Azərbaycana zərər gəlməz. Onsuz da keçmiş illərdə də Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri əsasən Tbilisidə görüşüb fikir mübadiləsi aparırdılar”. 

Politoloq hesab edir ki, Tbilisinin başqa mövzular üzrə vasitəçilik iddiasına Ermənistan Rusiyanın qorxusundan çətin ki, razılaşsın:
 

“Bunu Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın gürcü həmkarıyla birgə mətbuat konfransındakı sözləri də sübut edir:

 

“Hər bir münaqişənin fərqli xüsusiyyəti var. Bu mənada həssas məsələlərdə ölçülü yanaşmanın qorunmasına ehtiyac var”. Yəni Paşinyan bu açıqlama ilə rəsmi Tbilisiyə eyham vurur ki, Siz Azərbaycanı Ermənistandan üstün tutduğunuz halda balansı pozursunuz və bu halda vasitəçiliyinizlə razılaşa bilmərik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin