XİN: Ermənistanın sürətlə silahlanması sülh prosesinə maneə törədir

Hazırda oxunan: XİN: Ermənistanın sürətlə silahlanması sülh prosesinə maneə törədir

Ermənistanın sürətlə silahlanması sülh prosesinə maneə törədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Serbiya xarici işlər naziri ilə görüşdə sülh prosesindəki vəziyyəti və Ermənistanın silahlanmasının sülhə maneə olduğunu vurğulayıb.
209669

“Delimitasiya prosesində əldə olunan irəliləyişlər daxil olmaqla, sülh gündəliyinin irəlilədilməsi istiqamətində inkişaflar mövcuddur”.

Bizim.Media xəbər verir ki, bunu zərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov serbiyalı həmkarını postmünaqişə dövründə bölgədəki vəziyyət barədə MƏLUMATLANDIRDI


Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edən nazir Ceyhun Bayramov bildirib ki, buna baxmayaraq, Ermənistan Konstitusiyası daxil olmaqla, bu ölkənin bir sıra qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsi, digər tərəfdən isə Ermənistanın sürətlə silahlanması sülh prosesinə maneə törədir.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi barədə ətraflı məlumatlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin