VII çağırış Milli Məclisdə neçə partiya TƏMSİL OLUNACAQ?

Hazırda oxunan: VII çağırış Milli Məclisdə neçə partiya TƏMSİL OLUNACAQ?

Milli Məclisdə VII çağırışda nə vaxtında hansı partiyalardan təmsilçilər olacaq? Bu xəbərdə seçkilərin nəticələri ətrafında məlumat verilir.
209642

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərin nəticələrini elan edilib. Nəticələrə əsasən, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 44 bitərəf namizəd qalib olub.

Bizim.Media xəbər verir ki, VI çağırışda mandat qazanan bitərəflərin sayı cəmi 41 nəfər olmuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

Öz dairələrində lider olan partiya sədrləri – ADLAR


Bundan başqa, Yeni Azərbaycan Partiyası (YAP) bu dəfəki seçkilərdə 68 mandat qazanıb. Bu da ötən dəfəki seçkilərlə müqayisədə 2 mandat azdır. Mandatların sayına görə ikinci yerdə Vətəndaş Həmrəyliyi Partiyası qərarlaşıb. Bu partiya ötən seçkilərdə olduğu kimi parlamentdə 3 yer qazanıb. VHP-dən Tənzilə Rüstəmxanlı, Fəzail İbrahimli və Rafael Hüseynov seçicilərin etimadını qazanıb.

Ədalət, Hüquq və Demokratiya Partiyası isə bu dəfə Milli Məclisdə 2 mandat qazanıb. Belə ki, Qüdrət Həsənquliyevdən əlavə, Elçin Mirzəbəyli öz dairəsində qalib olmağı bacarıb.

Bundan əlavə, Ana Vətən Partiyası (Günay Ağamalı), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Milli Cəbhə Partiyası (Razi Nurullayev), REAL Partiyası (Erkin Qədirli), Azərbaycan Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Böyük Azərbaycan Partiyası (Elşad Musayev) və Demokratik Maarifçilik Partiyası (Elşən Musayev) hərəyə bir mandat qazanmağı bacarıblar.

Ümumilikdə, VII çağırış Milli Məclisdə 11 partiyanın təmsilçiləri yer alacaq.

Qeyd edək ki, VI çağırış Milli Məclisdə də 11 partiya təmsil olunurdu. Lakin əvvəlki dövrdə bir deputatla təmsil olunan Vəhdət Partiyası bu dəfə mandat qazana bilməyib. Vətəndaş Birliyi Partiyası isə ləğv olunub.

Əvəzində, AMİP və BAP budəfəki seçkilərdə uğur qazanmağa müvəffəq olublar. Nəticədə, Milli Məclisdə təmsil olunan partiyaların sayı eyni qalıb.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin