Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı araşdırılacaq - Məzahir Pənahov

Hazırda oxunan: Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı araşdırılacaq - Məzahir Pənahov

209547

Bu gün Mərkəzi Seçki Komissiyasına rəsmi heç bir müraciət daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Sədr bildirib ki, MSK-nın “Qaynar xətti”nə informativ xarakterli zənglər olub:

 “MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin