Biz Bakıda 10 seçki məntəqəsində müşahidə apardıq. Bütün seçki məntəqələrində şəffaf və təzyiqsiz şəkildə səsvermə keçdi. Hər kəs öz namizədinə rahatlıqla səs verə bilirdi.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin altı üzvünün iştirakı ilə keçirilən mətbuat konfransında parlamentin üzvü Volodimir Kreidenko deyib.
MÖVZU İLƏ BAĞLI:
Korotçenko: Fransa kimi ölkələrin Azərbaycanın seçki sistemindən öyrənməli olduğu çox şey var
“Bizim üçün əsas məsələ hər şeyin beynəlxalq hüquq çərçivəsində reallaşması idi. Biz namizədləri qiymətləndirə bilmərik, önəmli olan seçilən deputatlarla gələcək əməkdaşlığımızdır. Ümid edirik ki, yeni parlament üzvləri ilə əlaqələrimiz yüksək səviyyədə davam edəcək”, - deyə o əlavə edib.
Bizim.Media