Sergey Markov: Azərbaycanda yeni parlament etimadı doğruldacaq

Hazırda oxunan: Sergey Markov: Azərbaycanda yeni parlament etimadı doğruldacaq

209510

Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi.

Bizim.Media xəbər verir ki, bunu report.az-ın əməkdaşına açıqlamasında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

O bildirib ki, hansısa neqativ hal görməyib: "Əlbəttə, seçici fəallığı prezident seçkilərində olduğu kimi deyildi. Amma bu, başadüşüləndir. Səbəblər məlumdur".

Politoloq, həmçinin Qarabağda ilk parlament seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:

"Bu, mühüm tarixi hadisədir. Yeri gəlmişkən, deyim ki, mənim işim seçkilərin nəticəsi ilə bağlı proqnoz vermək deyil. Amma inanıram ki, yeni parlament etimadı doğruldacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin