Bu gün - sentyabrın 1-də Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləridir.
Bizim.Media xəbər verir ki, Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub. Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
Seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın özünün səsvermə hüququndan istifadə edə biləcək.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
İlkin nəticələr səsvermə günü operativ çatdırılacaq. İki gün ərzində isə dairələrdən protokollar MSK-ya təqdim ediləcək.
Bizim.Media