MDB PA Şurasının baş katibi: “Seçkidən sonra axşam saatlarında ilkin nəticələr müzakirə ediləcək”

Hazırda oxunan: MDB PA Şurasının baş katibi: “Seçkidən sonra axşam saatlarında ilkin nəticələr müzakirə ediləcək”

MDB Parlament Assambleyası Şurasının baş katibi Dmitri Kobitski Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən görüşdə seçkidən sonra axşam saatlarında ilkin nəticələrin müzakirə ediləcəyini və sonrakı prosesləri açıqlayıb.

209269

“Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının müşahidə missiyasının üzvləri seçki prosesinin gedişatını müşahidə etmək üçün Azərbaycanda artıq uzun müddətdir fəaliyyətə başlayıb. Bizim 40 nəfərlik missiyamız var. Onlardan 33-ü Azərbaycanda fəaliyyət göstərir”. 

Bizim.Media xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında keçirilən görüşdə bildirib.

O qeyd edib ki, seçki bitdikdən sonra axşam saatlarında ilkin nəticələr müzakirə ediləcək:

“Sonra isə yekun hesabat hazırlanacaq. Yekun rəyimizi isə bazar ertəsi açıqlayacağıq. Lakin onlar Konstitusiya Məhkəməsi nəticələri elan etdikdən sonra dərc olunacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin