Sülh ümidləri BOŞA ÇIXDI – Yaxın Şərqi daha böyük fəlakətlər GÖZLƏYİR?

Hazırda oxunan: Sülh ümidləri BOŞA ÇIXDI – Yaxın Şərqi daha böyük fəlakətlər GÖZLƏYİR?

Sülh ümidləri BOŞA ÇIXDI - Yaxın Şərqi daha böyük fəlakətlər GÖZLƏYİR? İsrail baş naziri Netanyahu müharibənin bitməsinə niyə maneə olur?
208470

Qəzza bölgəsində atəşkəsin əldə edilməsilə bağlı Dohada keçirilən danışıqlar görünən odur ki, region ətrafında gərginliyin azalmasına deyil, sanki daha da kəskinləşməsinə xidmət edir. Belə ki, avuqstun 25-də İsrail hərbi təyyarələri Livan ərazisindəki “Hizbullah” mövqelərinə zərbələr endirib. Buna cavab olaraq “Hizbullah” qruplaşması da İsrailə yüzlərlə raket və PUA-lar atıb

Danışıqlar prosesinə gəldikdə isə, görünən odur ki, İsrail baş naziri Benyamin Netanyahu özü üçün daha əlverişli atəşkəs rejiminin əldə edilməsinə çalışır. Belə ki, o, Qəzzanın müəyyən hissələrinin İsrail ordusunun nəzarətində qalmasında israrlıdır. Bu isə HƏMAS-ı heç cür qane etmir. 

Bu fonda hiss olunur ki, mövcud vəziyyətdə İsrail baş naziri müharibənin bitməsində maraqlı deyil. O, səbəbdən də hər vəchlə çalışır ki, müharibənin bitməsinə əngəl olsun. 
 

MÖVZU İLƏ BAĞLI:

“Kim bizi vurursa, biz də onu vururuq" - Netanyahu


Netanyahu müharibənin bitməsinə niyə maneə olur? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Netanyahunun müharibənin bitməsinə maneə olması onun Fələstində hansı qüvvə ilə danışacağını aydınlaşdıra bilməməsilə bağlıdır: 

“Müharibənin bitməməsini sırf İsrail hakimiyyətilə əlaqələndirmək elə də doğru yanaşma deyil. Hesab edirəm ki, İsrail Fələstin münaqişəsinin həlli üçün Fələstində tək hakimiyyətlilik yaranmalıdır. İndiki mərhələdə müharibənin bitməsi mümkün görünmür. Bir əsrə yaxın müddətdə İsraillə Fələstin arasında dəfələrlə toqquşmalar baş verib. Bunun da səbəbi isə problemin həll edilməyərək qalmasıdır”. 

Ekspertin fikrincə, Netanyahu hökuməti bilir ki, indiki məqamda müharibəni hansısa formada bitirsə belə, bir il, üç il sonra HƏMAS və ya digər qruplaşmaların İsrailə qarşı hansısa bir hücumunun olmayacağına heç kim zəmanət verməyəcək: 

“Beynəlxalq hüquq Fələstinin müstəqilliyi məsələsində İsrailə tam şəkildə təzyiq göstərə bilmir. Təl-Əviv də öz növbəsində Fələstində hansı qüvvə ilə danışacağını aydınlaşdıra bilmir. Mahmud Abbas hökuməti belə HƏMAS-la anlaşa bilmir. Bunlar isə bölgə ilə bağlı problemin tezliklə həllini qeyri-mümkün edən situasiyalardır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin