Məlum olduğu kimi, 1 sentyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bizim.Media Unikal-a istinadla xəbər verir ki, budəfəki seçkilərdə icra hakimiyyətlərinin hər hansı bir formada iştirakı, yaxud müdaxiləsi tamamilə məhdudlaşdırılacaq.
Belə ki, icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına çağırılaraq seçkiöncəsi vəziyyət müzakirə olunub. Onlara tapşırılıb ki, seçki prosesinə hər hansı bir formada müdaxilə yolverilməzdir. Yəni, icra hakimiyyətlərinə hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, karusel prosesinin edilməsin.
Hakim komandadan Milli Məclis üzvlüyünə namizədlərin seçkidə önə çıxması üçün isə bütün proses YAP-ın yerli təşkilatları tərəfindən icra olunacaq. Yəni, bu seçkidə aktivliyi yaratmaq və hakim partiyanın namizədinin seçilməsinə nail olmaq üçün YAP üzvləri ciddi şəkildə işləməli olacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:54 / 24.08.2024
İcra başçıları seçki öncəsi Prezident Aparatına çağırıldı - Ciddi tapşırıq
Hazırda oxunan: İcra başçıları seçki öncəsi Prezident Aparatına çağırıldı - Ciddi tapşırıq
Hazırda oxunan: İcra başçıları seçki öncəsi Prezident Aparatına çağırıldı - Ciddi tapşırıq
İcra başçıları seçki öncəsi Prezident Aparatına çağırıldı - Ciddi tapşırıq. Seçki prosesinə müdaxilə edilməməsi və icra hakimiyyətlərinin hər hansı bir formada iştirakının məhdudlaşdırılması haqqında.
208131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.