Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: "Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".
MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:47 / 24.08.2024
125 yer uğrunda mübarizə aparacaq namizədlərin sayı AÇIQLANDI
Hazırda oxunan: 125 yer uğrunda mübarizə aparacaq namizədlərin sayı AÇIQLANDI
Hazırda oxunan: 125 yer uğrunda mübarizə aparacaq namizədlərin sayı AÇIQLANDI
Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib. Mərkəzi Seçki Komissiyasının sədr müaviniə görə, seçki prosesi son mərhələyə çatıb və geniş seçim imkanı yaradılıb. Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.
208130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.