Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə edildi - FOTO

208052

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə general-polkovnik K.Vəliyev və Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Almatı şəhərində yerləşən 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra nümayəndə heyətimiz Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə gəlib. Nümayəndə heyətinə muzeyin tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. General-polkovnik K.Vəliyev “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

Daha sonra Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzi ziyarət edilib. Azərbaycan nümayəndə heyəti mərkəzdə yaradılan infrastruktur və təhsil prosesi ilə tanış olub. Mərkəzin yaranma tarixi, təyinatı və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra Baş Qərargah rəisləri arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv şəkildə aparılması və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin