Lavrovdan İrəvana ciddi MESAJ: “Xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir”

Hazırda oxunan: Lavrovdan İrəvana ciddi MESAJ: “Xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir”

20803

“Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən səsləndirib.

“Münasibətlərin ümumi kontekstini əsas götürsək, indi bu mərhələdə münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var.

Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin”, deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin