Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıdadır.
Bizim.Media xəbər verir ki, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov rusiyalı rəsmidən cavab almalı olduğumuz 10 sualı bölüşüb. Sualları təqdim edirik:
Rusiya Xarici İşlər Naziri Serqey Lavrovla Bakıda mətbuat konfransında iştirak edəcək həmkarların diqqətinə!
Ona bu sualları mütləq verin:
1.Cənab nazir, məlum üçtərəfli bəyanatın 4-cü bəndi indiyədək niyə yerinə yetirilmir? Axı o rusiyalı sülhməramlıların bölgəyə daxil olması ilə paralel həyata keçirilməli idi...
2. Rusiyalı sülhməramlıların məqsədi əgər həqiqətən də bu iki xalqı barışdırmaqdırsa, onda Azərbaycan ərazisində Njdenin abidəsinin qoyulmasına niyə şərait yaradıblar?
3. Daim humanizmdən danışan Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini Azərbaycan tərəfinə vermək istəmir. Məgər Rusiya tərəfi onlara bu məsələdə təsir edə bilməzmi?
4. Sizcə "İskəndər M" raketini Şuşaya kim atıb, əgər ermənilər atıbsa onlar bunu necə əldə ediblər?
5. Qarabağda sülhməramlıların sayı 1960 nəfər olduğu halda niyə orda 7500 nəfərlik kazarma inşa edilir?
6. Azərbaycan tərəfindən beynəlxalq axtarışda olan separatçı Araik Arutyunyanın Rusiyaya rəsmi dəvət edilməsi nə qədər doğrudur?
7. Əgər Robert Koçaryan Ermənistanda yenidən liderliyi ələ alıb revanşist addımlar atsa, Rusiyanın münasibəti buna necə olacaq?
8. Ötən illər ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticə vermədiyi məlum olduğu halda, bu həmsədrlərin yenidən danışıqlara qoşulmasında Rusiyanın marağı nədir?
9. 44 günlük müharibədən sonra sülhməramlılar dərhal bu bölgədən olan bütün erməni qaçqınları geri qaytardı. Bəs, nədən 30 ildir öz evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin geri qaytarılmasında sülhməramlılar bu qədər maraqlı görünmür?
10. Laçın dəhlizinə nəzarət edən sülhməramlılar niyə oradan İrana məxsus yük maşınlarını Azərbaycanın icazəsi olmadan buraxır?
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:25 / 11.05.2021
Lavrova 10 SUAL – Azərbaycan jurnalistləri cavab gözləyir!
Hazırda oxunan: Lavrova 10 SUAL – Azərbaycan jurnalistləri cavab gözləyir!
Hazırda oxunan: Lavrova 10 SUAL – Azərbaycan jurnalistləri cavab gözləyir!
20802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.