Mirziyoyevdən Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Mirziyoyevdən Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı MÜHÜM AÇIQLAMA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı əhəmiyyətli açıqlama edib. İki ölkə arasında dostluq münasibətlərinin tarixi hadisə kimi dəyərləndirildiyi və yeni səhifənin açıldığı vurğulanıb.
207998

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə adlandırıb və dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirib. 

Bizim.Media xəbər verir ki, Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidenti ilə mətbuata bəyanatında deyib: 

“Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsində yeni səhifənin açılması ilə əlamətdar olacaq. Biz bununla çoxplanlı tərəfdaşlığımızın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin