Qarabağ gözümüzün qarşısında dirçəlir və çiçəklənən diyara çevrilir.
Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Prezidenti: “Bu gün biz rəsmən Özbəkistanın müttəfiqi olduq”
Mirziyoyev ölkənin ərazi bütövlüyünün bərpasında və qədim Azərbaycan torpaqlarının qaytarılmasında Prezident İlham Əliyevin tarixi rolunu vurğulayıb.
Onun sözlərinə görə, Prezident Əliyev həm atasının, həm də bütün Azərbaycan xalqının böyük arzusunu həyata keçirib.
“Mən özüm Füzuli və Şuşada olmuşam, hər şeyi öz gözlərimlə görmüşəm və sevinmişəm”, - Özbəkistan lideri vurğulayıb.
Bizim.Media