Prezident və ailəsi Daşkənddə Müstəqillik abidəsini ziyarət etdilər - FOTO

Hazırda oxunan: Prezident və ailəsi Daşkənddə Müstəqillik abidəsini ziyarət etdilər - FOTO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Abidə, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan, tarixi hadisələri əks edən bir kompleksdir. Abidədə sərkərdə və döyüşçülərin, alimlərin, mütəfəkkirlərin obrazları yer alır. Prezident və ailəsi abidəyə fəxri qarovul dəstəsi düzüb və şərəf qoyurlar.

207875

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. 

Bizim.Media xəbər verir ki, dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb. 
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və Birinci xanım Özbəkistana GETDİ


Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir. 

Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib.

Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. 

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdiriblər.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin