Əhalinin 91 faizi İlham Əliyevi dəstəkləyir - SORĞU

Hazırda oxunan: Əhalinin 91 faizi İlham Əliyevi dəstəkləyir - SORĞU

Azərbaycan əhalisinin 91 faizi İlham Əliyevi dəstəkləyir. SWG SPA şirkətinin keçirdiyi seçkiöncəsi sorğu nəticələrinə görə, 81 faiz Prezident İlham Əliyevin idarəçiliyini qətiyyətli şəkildə dəstəkləyir.

207839

Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faiz təşkil edir.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün yerli tərəfdaşı ilə birgə Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin 15 iyul-15 avqust tarixləri arasında keçirdiyi seçkiöncəsi sorğunun nəticələrində öz əksini tapıb.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 81 faizi Prezident İlham Əliyevin idarəçiliyini qətiyyətli şəkildə, 10 faizi müəyyən dərəcədə dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib.

Sorğu iştirakçılarının 4 faizi cavab verməkdə çətinlik çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin