Ramiz Yunus: “Ukraynalılar, siz Azərbaycanı düşmən elan etməyə utanmırsınız?”

Hazırda oxunan: Ramiz Yunus: “Ukraynalılar, siz Azərbaycanı düşmən elan etməyə utanmırsınız?”

Azərbaycanın Ukrayna ilə münasibətləri haqqında fikirləri təqdim edən politoloq Ramiz Yunus, Ukraynalıları Azərbaycanı düşmən elan etməyə çağırır və iki ölkə arasındakı siyasətin dəstəkləndiyi maraqlara əsaslanan müstəqil bir formada sürdürüldüyünü qeyd edir. Yunus, Ukrayna və ABŞ nümayəndələrinin Azərbaycandan Rusiya ilə qaz tranzitində vasitəçilik etməyi xahiş etməklə, eyni zamanda SOCAR-ı boykot etməyə çalışdıqlarını və bu cür tənqidlərin və ittihamların absurdluğunu vurğulayır.
207817

“Bəzi Ukrayna KİV-lərində Azərbaycan əleyhinə "aksiya" keçirən "ekspertlər"ə xatırlatmağı vacib sayıram ki, Azərbaycan indiyədək heç vaxt Ukraynaya zərər vura biləcək addımlar atmayıb, Ukraynaya göstərdiyi yardımdan, SOCAR-ın tədbirlərindən danışmayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-da yaşayan azərbaycanlı politoloq, Azərbaycan hökumətinin keçmiş aparat rəhbəri, Milli Məclisin sabiq işlər müdiri Ramiz Yunus sosial şəbəkədə yazıb.

"Bununla belə, Azərbaycanın xarici siyasəti dövlət maraqlarına əsaslanır və Azərbaycan öz siyasətini müstəqil şəkildə formalaşdırır. Bunun nəticələri göz qabağındadır. Azərbaycanın Ukrayna ilə bağlı mövqeyinə məhəl qoymayanlar unudurlar ki, biz heç kimə borclu deyilik və heç bir öhdəliyimiz yoxdur.

Azərbaycan 30 il torpaqları işğalda olanda heç kimdən, o cümlədən Ukraynadan real dəstək almadı, ancaq buna ehyam da etmədi. Azərbaycan ərazilərini qaytarmaq üçün nə Aİ-dən, nə ABŞ-dan, nə də Rusiyadan pulsuz silah və sursat almadı və təkbaşına öz ordusunu yaratdı.

Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında şəxsən iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan Ukraynaya səfər edəndə və Ukrayna prezidenti ilə görüşəndə (2011) Azərbaycan isterik reaksiya vermədi, çünki Ukraynanın heç bir öhdəliyi yox idi. Azərbaycanın maraqlarına uyğun xarici siyasəti, indiki kimi Azərbaycanın da belə bir öhdəliyi yoxdur. Ancaq bizdən fərqli olaraq, Ukraynada bəziləri hesab edirlər ki, Azərbaycan Ukrayna naminə balanslaşdırılmış siyasətindən əl çəkməli, mehriban qonşuluq siyasətinə son qoymalıdır.
 

Ukraynada ən yaxın tərəfdaşlarına qarşı eyni şikayətləri görə bilərsiniz: Polşa ilə problemlər, Böyük Britaniya ilə qalmaqal (o zaman Böyük Britaniyanın müdafiə naziri Ben Uolles demişdi ki, Ukrayna daim yeni silahlar tələb etmək əvəzinə, hərbi yardıma görə tərəfdaşlarına daha çox təşəkkür etməlidir). Bu, çox yanlış siyasətdir.


Ukraynada bəziləri indi Qarabağ müharibəsində vuruşmuş ukraynalıları, Azərbaycan vətəndaşlarını xatırlayırlar. Ukrayna vətəndaşlarının, etnik ukraynalıların vətəni uğrunda döyüşlərdə iştirakı normal haldır, necə ki, bu gün Ukrayna ordusunda Ukrayna vətəndaşı olan azərbaycanlılar xidmət edir. Bu manipulyasiya üçün bir səbəb deyil.

“Qazprom”la anlaşmaya görə Azərbaycanın SOCAR şirkətinə qarşı kampaniyaya başlamaq absurddur. Ukrayna Rusiya ilə müharibəyə baxmayaraq, öz ərazisindən Rusiya qazının tranzitini dayandırmadı və bunun üçün pul aldı. Müharibələr tarixində belə hal olmayıb. Bu gün hətta Kursk vilayətindəki Sudja qazölçmə məntəqəsi ukraynalıların nəzarətinə keçdikdən sonra da qaz tranziti davam edir.

Məhz Ukrayna və Aİ Azərbaycandan qazın Ukraynadan keçməklə Avropaya nəqli üçün “Qazprom”la əməkdaşlıq etməsini istəyib. Azərbaycanın buna ehtiyacı yoxdur.

Müharibə zamanı Ukraynadan heç bir dəstək almadıq.

Əgər Ukrayna SOCAR-ı boykot etmək istəsə, bu bazar ARDNŞ üçün strateji əhəmiyyət kəsb etmədiyi üçün şirkət istədiyi vaxt onun aktivlərini qiymətləndirib ölkəni tərk edə bilər.

Azərbaycan Ukraynadan belə “təşəkkür” eşidəcəyini gözləmirdi. Bəlkə Ukrayna da Azərbaycanın İrpen şəhərində etdiyi bərpa işlərini “boykot” edib, o binaları yenidən dağıtmağa qərar verəcək? İrpen merinin müavini bildirib ki, “Dünyada heç bir ölkə İrpendə sosial infrastrukturun bərpasına Azərbaycan qədər pul yatırmayıb”. Bəlkə bu bərpa edilmiş infrastrukturu yenidən partlatmağa qərar verərlər?

“Azərbaycan heç vaxt yaxşı əməllərinin yada salınmasını sevmir, amma sadə “sağ ol” əvəzinə belə absurd ittihamlara, iddialara layiq deyil.

Ukrayna birbaşa müharibəyə baxmayaraq, Rusiya qazının öz ərazisindən tranzitini dayandırmır. Halbuki Ukraynanın və Aİ-nin yüksək vəzifəli nümayəndələri Azərbaycandan Rusiya ilə qaz tranzitində vasitəçilik etməyi xahiş ediblər və bu gün Azərbaycanı düşmən elan edirlər? Utanmirsınız?", deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin