Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası 1052 nəfərin namizədliyini təsdiqləyib. Qeyd edək ki, namizədlər avqustun 9-dan təbliğat-təşviqat kampaniyalarına start veriblər.
Maraqlısı odur ki, seçkiöncəsi səs almaq üçün dəridən-qabıqdan çıxan bəzi namizədlər nədənsə mandat alandan sonra verdiyi vədlərə əməl etmir. Beləliklə, vətəndaşlar öz vəkilini seçərkən dilemma qarşısında qalır, kimə səs verəcəklərini bilmirlər.
Bəs əsl deputat necə olmalıdır? Millət vəkilini seçərkən nələrə diqqət etmək lazımdır?
Bizim.Media-nın paytaxt sakinləri arasında keçirdiyi videosorğunu təqdim edirik:
Nuranə Daxilqızı, Bizim.Media