Erməni keşiş gileyləndi: “Azərbaycanlılar bizə hər dəfə bir sürpriz hazırlayır”

Hazırda oxunan: Erməni keşiş gileyləndi: “Azərbaycanlılar bizə hər dəfə bir sürpriz hazırlayır”

20725

Kəlbəcərdəki qədim Alban abidəmiz olan Xudavəng Azərbaycanın nəzarəti altındadır. Daşnaklar isə tarixi məbədə “erməni kilsəsi Dadivank” deyərək gileylənirlər.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Xudavəngə getmək istəyən “erməni zəvvar”lar çətinliklərlə üzləşdiklərini dilə gətirirlər. 

Belə ki, “Artsax”ın yepiskopu Vrtanes Abramyan monastrı ziyarət etmək istəyən ermənilərin problemlərlə qarşılaşdığını deyib. Kalaşniklə moizə oxuyan ermənilərin keşiş həmkarı gileylərini Azərbaycanın hərdən kilsə ziyarətinə icazə verməməsi ilə əlaqələndirir:

“Hər bazar günü azərbaycanlılardan sürpriz gözləyirik. Çünki müəyyən səbəblərə görə həftənin bütün 7-ci günlərində bizə Xudavəng monastrını ziyarət etmək icazəsi verilmir. Mən izah etmək istəyirəm ki, bizim bu statusda olan kilsə və monastrlarımız çoxdur. Elə Qüds şəhərinin özü İsrailin olsa da, orada Erməni kilsəsinin də səlahiyyətləri var”. 

Yəni, ermənilərə Vatikana sabah Vatikanyan desələr, buna təəccüblənmək olmaz. Abramyanın sözlərinə görə, kilsələr Azərbaycan ərazisində olsa da, ermənilərin monastr qanunları ilə idarə olunmalıdır. 

Xatırladaq ki, “ASALA”, “DRO”, “ASQA”, “Hnçak”, “Armenakan”, “Geqaron”, “AOD”, “Orli qrupu”, “Daşnaksütyun”, “Apostol” və başqa erməni terror təşkilatları qriqoryan kilsələrində yaradılıb.

Elə isə, Azərbaycan ərazisindəki kilsələrin erməni monastr qanunları ilə idarə olunmasına icazənin bədəli yeni qətliamların başlanğıcıdır. Bakı isə bunu bilir, ermənilərin də bildiyi bəzi məslələrə dəfələrlə əlavə edib ki, Xudavəng qədim alban məbədidir. Sahibi də Azərbaycandır! 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin