Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurdu

Hazırda oxunan: Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurdu

207237

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Bizim.Media xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.

"İndiki mərhələdə mənim üçün doğma Şuşanı parlamentdə təmsil etmək düzgün olar. Çox ümid edirəm ki, məni seçəcəklər. Qarabağ azad edildkdən sonra ilk millət vəkili olmaq böyük şərəf olar", - deyə Polad Bülbüloğlu qeyd edib.

Xatırladaq ki, diplomatın namizədliyi 124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsində qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin