Prezident tapşırıq verdi, FHN-in şəxsi heyəti Türkiyə üçün hazırlıq vəziyyətinə GƏTİRİLDİ

Hazırda oxunan: Prezident tapşırıq verdi, FHN-in şəxsi heyəti Türkiyə üçün hazırlıq vəziyyətinə GƏTİRİLDİ

207139

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti qardaş YARDIMI: Azərbaycan yanğınlarla əlaqədar Türkiyəyə amfibiya təyyarəsi göndərir


İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin