Sərhəddə gərginlik ARTIR – Ermənistanı yeni təxribatlara kim TƏHRİK EDİR?

Hazırda oxunan: Sərhəddə gərginlik ARTIR – Ermənistanı yeni təxribatlara kim TƏHRİK EDİR?

206917

Ermənistan Azərbaycana qarşı təxribat hərəkətlərindən əl çəkmir. Yenə də Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi pozub. 

Belə ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddə GƏRGİNLİK: Naxçıvan yenə ATƏŞƏ TUTULDU


Avqustun 16-sı, gecə saat 03:20 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Görünən odur ki, Ermənistan sözdə sülhdən dəm vursa da, əməldə bölgədə gərginliyin qalmasında maraqlıdır. Aydın məsələdir ki, İrəvan bunu özbaşına etmir. Birmənalı şəkildə bəllidir ki, İrəvanı bu təxribatlara təhrik edənlər müəyyən xarici qüvvələrdir.   

Bəs Naxçıvan istiqamətində ardıcıl təxribatların səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun fikrincə, İrəvanın bu təxribatlarının arxasında Qərbdən aldığı silah, maliyyə və siyasi dəstəyin daha da gücləndirilməsi niyyəti dayanır:

“Ermənistanın son zamanlar həyata keçirdiyi ardıcıl təxribatlar, böyük ehtimalla, hazırkı dövrdə Qərbin bu məsələyə diqqətinin artırılmasına yönəlib. Qərbin Ermənistana hərbi, siyasi, maliyyə istiqamətində yardımları artır. Əgər atışmalar olmasa, de-fakto sülh olsa, Ermənistana yardımların edilməsi məsələsi gündəmdən çıxacaq. Buna görə də, Ermənistan Qərbin diqqətini cəlb etmək üçün bu cür addımlar atır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin