Yeni Azərbaycan Partiyası 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Namizədlər seçkiqabağı təşviqatda kifayət qədər fəaldır” – MSK sədrinin müavini
O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur:
“Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.
Bizim.Media