Deputatlığa namizəd olan icra başçısının bütün rəqibləri İŞSİZDİR - FOTOFAKT

Hazırda oxunan: Deputatlığa namizəd olan icra başçısının bütün rəqibləri İŞSİZDİR - FOTOFAKT

205998

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olanlar arasında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da var. Asif Əsgərov, 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Həmin seçki dairəsindən 7 nəfər deputat mandatı qazanmaq üçün mübarizə aparacaq.

Bizim.Media-nın araşdırmasına görə, onlardan Röya Abbasova, Aytəkin İsmayılova, Şəmsəddin Qurbanov, Eşqin Şitayev, Nailə Xaşayeva işsiz, İlqar İbrahimov isə pensiyaçıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Rayona fayda verə bilməyən sabiq icra başçısı millətə necə vəkillik edəcək?


Qeyd edək ki, 58 yaşlı Asif Əsgərov 2015-ci ildən bəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. O, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həm də Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.




Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin