Növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 38 min 744 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 8-də keçirilən iclasında məlumat verib.
M.Pənahov bildirib ki, həmin müşahidəçilərdən 5621-i MSK-da, 33 min 123-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 24 beynəlxalq qurumdan və 43 ölkədən 228 nəfər akkreditə olunub.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.
Bizim.Media