Əhməd İsmayılov: “Seçkilər dövründə informasiya mühitimizə qarşı kənar təhdidlər artır”

Hazırda oxunan: Əhməd İsmayılov: “Seçkilər dövründə informasiya mühitimizə qarşı kənar təhdidlər artır”

205663

“Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır. Həmçinin informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur.
Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.

İcraçı direktorunun sözlərinə görə, ictimai rəyi çaşdırmağa, Azərbaycan haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığı daha da artırmaq lazımdır.

"Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir", - deyə Ə.İsmayılov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin