İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.
Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:11 / 07.08.2024
Bakı və İrəvan razılığa gəldi - Kommunikasiyalarla bağlı maddə sülh müqaviləsindən çıxarıldı
Hazırda oxunan: Bakı və İrəvan razılığa gəldi - Kommunikasiyalarla bağlı maddə sülh müqaviləsindən çıxarıldı
Hazırda oxunan: Bakı və İrəvan razılığa gəldi - Kommunikasiyalarla bağlı maddə sülh müqaviləsindən çıxarıldı
Bakı və İrəvan arasında sülh müqaviləsində yer alan kommunikasiyalarla bağlı maddənin çıxarılması ilə bağlı razılıq əldə olunub.
205601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.