Ceyhun Bayramov Mehmet Samsar ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Ceyhun Bayramov Mehmet Samsar ilə GÖRÜŞDÜ

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Türkiyə Respublikasının Xarici İşlər Naziri Mehmet Samsarın nümayəndə heyətini qəbul edib. Görüş zamanı, müttəfiqlik münasibətləri, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Ayrıca, sülh prosesi, Ermənistanla münasibətlər, bölgədəki sabitlik və normallaşma prosesi haqqında fikir mübadiləsi aparılıb.

204637

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
 

Bu kimi qarşılıqlı səfərlərin və XİN-lərarası məsləhətləşmələrin iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional məsələlər üzrə ətraflı müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.


İki ölkə arasında beynəlxalq və regional təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən ölkələrimizin iştirakı ilə müxtəlif üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin zəruriliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Bu kimi təhdidlərin sülhə və sabitliyə, bölgədə qarşılıqlı əməkdaşlığa, regional nəqliyyat əlaqələrinin inkişafına, ümumilikdə regional normallaşmaya mane olduğu qeyd edilib və bu təhdidlərin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin