Xəbər verdiyimiz kimi, Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 30-da iki ölkənin ortaq sərhədində yerləşən Əlican-Mərqara sərhəd qapısında beşinci görüşlərini keçiriblər.
Xüsusi nümayəndələr Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Onlar normallaşma prosesinin heç bir ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılığı təsdiqləyiblər.
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan arasında normallaşma prosesini yüksək qiymətləndirib:
"Biz bu görüşü alqışlayırıq. ABŞ Türkiyə-Ermənistan arasında normallaşmanı Cənubi Qafqaza sülh və sabitlik gətirmək üçün müsbət addım hesab edir".
Dövlət Departamentinin açıqlamasında həmçinin ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da sadiq olduğu qeyd edilib:
“Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyişə nail olmaqda davam edirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik. İndi sülh zamanıdır”.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:40 / 01.08.2024
Türkiyə və Ermənistan rəsmilərinin görüşü ilə bağlı ABŞ Dövlət Departamentindən EKSKLÜZİV AÇIQLAMA
Hazırda oxunan: Türkiyə və Ermənistan rəsmilərinin görüşü ilə bağlı ABŞ Dövlət Departamentindən EKSKLÜZİV AÇIQLAMA
Hazırda oxunan: Türkiyə və Ermənistan rəsmilərinin görüşü ilə bağlı ABŞ Dövlət Departamentindən EKSKLÜZİV AÇIQLAMA
Türkiyə və Ermənistan rəsmilərinin görüşü ilə bağlı ABŞ Dövlət Departamentindən EKSKLÜZİV AÇIQLAMA: Normallaşma Prosesi ilə bağlı Xüsusi nümayəndələr arasında razılaşma - ABŞ Dövlət Departamenti sülh və sabitlik gətirən addımları alqışlayır.
204590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.