Lavrov İrəvanda ermənilərə nə tapşırıb? - Səfərin PƏRDƏARXASI MƏQAMLARI

Hazırda oxunan: Lavrov İrəvanda ermənilərə nə tapşırıb? - Səfərin PƏRDƏARXASI MƏQAMLARI

20437

 “Lavrov İrəvandakı çxışlarında Paşinyan və onun çevrəsinə verdiyi mesajlarla ermənilərin emosianal davranışlarının və revanşist fikirlərinin qeyri – real olduğunu göstərib. Düşünürəm ki, digər tərəfdən bağlı qapılar arxasında həm də Fransa və digər Qərb dövlətləri ABŞ rəhbəri Co Baydenin xüsusilə soyqırımı tanıma bəyanatı, ermənilərin eyni zamanda bir neçə mərkəzə, 2-3 qüvvəyə oynamaq və onların himayəsi altında qalmaq kimi bir xəttinin İrəvana baha başa gələcəyi də müzakirə olunub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında  millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Rusiya Xarici İşlər Naziri Serqey Lavrovun İrəvana səfərini şırh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Ermənistanı “əzizlədi” - “Görək Bakıda nə deyəcək?”


Onun sözlərinə görə, XİN rəhbərinin səfərinin əsas məqsədi ermənilərə 10 noyabr sülh sazişinini yerinə yetirməkdən başqa çarələri olmadığını başa salmaq olub.

“Bundan başqa Lavrovun  İrəvan səfərinin daxili siyasi tərəfi də var. Rusiya ölkədə seçki hazırlıqları dönəmində  Paşinyanla münasibətlərini özü üçün tam aydınlaşdırır ki, Moskva qarşısında götürülmüş öhdəliklər tam yerinə yetirilsin. Lavrov həm də Kremlin Ermənistanın siyasi gələcəyini necə gördüyü istiqamətində mövqeləri izah etmək üçün addımlar atıb. Digər tərəfdən Azərbaycan burada güc sahibi olduğu üçün İrəvanın taleyi Bakıda həll olunur.

Ermənistanda siyasi böhranın gələcəyi bizim atdığımız addımlardan böyük dərəcədə asılıdır. Buna görə də Lavrov İrəvandan sonra Bakıya bu məsələlərə də aydınlıq gətirmək üçün gələcək”.
 

Deputat Lavrovun Bakıya səfəri zamanı Şuşada tapılan “İsgəndər M!” raket kompleksi   və tutulan erməni diversantlarının məsələsinin müzakirə olunacağı ehtimalından da danışıb. O, bildirib ki, Azərbaycan cəmiyyətində “İsgəndər M” raketinin Ermənistana Rusiyadan hansı formada gətirilməsi haqqında bir çox suallar yaranıb.


Sonda millət vəkili onu da qeyd edib ki, Bakı danışıqlarında Rusiya, Azərbaycan və Türkiyənin yer aldığı birgə formatlara münasinbətlərin də müzakirə olunacağı gözlənilir:

“Düşünürəm ki, Lavrovun bu səfəri çox önəm daşıyır. Burada Azərbaycanın da nəzərdə tutduğu bir sıra məsələlərə aydınlıq gətirilməli və onlarla bağlı gerçək səbəblər, analizlər ortaya qoyulmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin