“Qarabağ işğaldan azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər. Türkiyə isə qardaşlarını heç vaxt tək qoymayıb. Qarabağda, Liviyada, Suriyada qardaşlarımızı müdafiə etdik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə çıxış edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Bəşər Əsəd ilə avqustda görüşəcək?
Ərdoğanın sözlərinə görə, sözügedən qüvvələr Türkiyənin Liviyaya, Afrikaya dəstəyinə də kölgə salmağa çalışırdılar:
“Biz isə ölkəmizi təhdidlərə qarşı müdafiə etdik. Hər zaman sülhün tərəfində olduq”.
Bizim.Media