Baş nazir: Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir

Hazırda oxunan: Baş nazir: Azərbaycan İranla münasibətlərə böyük əhəmiyyət verir

204082

Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 
 

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir. 


Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin