Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdü

Hazırda oxunan: Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdü

Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdü. VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb. Məlumatı report.az-a təsdiqləyib. 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürdüğünü bildirib.

203999

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Bizim.Media  xəbər verir ki, məlumatı report.az-a V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub.

Xatırladaq ki, Prezident İlham Əliyev sərəncam verərək 2024-cü il sentyabrın 1-ə növbədənkənar parlament seçkiləri təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin