Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 25-də Serbiyanın mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Həmçinin dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.
Qeyd edilib ki, görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:14 / 25.07.2024
Baş nazir Serbiyanın mədəniyyət nazirini QƏBUL ETDİ
Hazırda oxunan: Baş nazir Serbiyanın mədəniyyət nazirini QƏBUL ETDİ
Hazırda oxunan: Baş nazir Serbiyanın mədəniyyət nazirini QƏBUL ETDİ
Baş nazir Əli Əsədov, Serbiya mədəniyyət nazirini QƏBUL ETDİ və iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında danışdı.
203589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.