Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev ötən il noyabrın 6-da BBC telekanalına verdiyi müsahibəsində Böyük Britaniyanın Assancı həbsxanada saxladığı ilə bağlı fikir söyləmişdi.
Bizim.Media xəbər verir ki, Julian Assancın həyat yoldaşı Stella Morris “Twitter”də Azərbaycan liderinin BBC-nin jurnalistinə dediklərinə münasibət bildirib və bununla bağlı video paylaşıb.
“Azərbaycan prezidenti İlham Əliyev BBC-yə deyib ki, Britaniya Assancı jurnalistika ilə məşğul olduğuna görə həbsxanada saxlayır, onu “zehni və fiziki cəhətdən” öldürmək istəyir. Bu baxımdan BBC ona "mətbuat azadlığı" mövzusunda mühazirə oxuya bilməz”.
Video 24 saat ərzində 1,6 milyondan çox baxış toplayıb.
Bizim.Media
This video has gone viral with 1.6m views in just over 24h.
— Stella Moris #DropTheCharges (@StellaMoris1) May 6, 2021
Azerbaijan's President Aliyev tells the BBC it is in no position to lecture him on 'press freedom' while the UK imprisons #Assange "killing him, morally and physically" for doing journalism. //t.co/FG2tw7JYHw