Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə danışıb. O, Rusiya mətbuatına müsahibəsində bildirib ki, Şuşadan deputat olmaq böyük şərəfdir.
"Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm", - diplomat qeyd edib.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.
MÖVZU İLƏ BAĞLI:
Polad Bülbüloğlu: “Şuşalılar məni deputat seçsələr, çox sevinərəm”
Saytımızın sorğusuna cavab olaraq 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.