94 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülən Məmmədov Elton Arzuman oğlunun namizədliyi ləğv edilib.
Bizim.Media xəbər verir ki, qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.
İclasda qeyd edilib ki, deputatlığa namizədliyini irəli sürən Elton Məmmədov gəlirlərini və əmlaklarını bilərəkdən gizlədib və saxta sənədlər təqdim edib.
Bu barədə MSK-ya bir qrup seçici tərəfindən şikayət daxil olub. MSK üzvü Qabil Orucov tərəfindən şikayət araşdırılıb və E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:44 / 24.07.2024
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə LƏĞV EDİLDİ
Hazırda oxunan: Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə LƏĞV EDİLDİ
Hazırda oxunan: Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə LƏĞV EDİLDİ
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edildi. Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə olunub. Şikayət nəticəsində E.Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.
203420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.