Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçirriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) artıq 125 dairə üzrə öz namizədlərinin siyahısını açıqlayıb.
Bizim.Media-nın araşdırmasına görə, namizədlər arasında dövlət qurumlarında çalışan şəxslər də var.
Siyahını təqdim edirik:
Mehriban Vəliyeva
44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyevanın namizədliyi irəli sürülüb.
Nigar Məmmədova
48 saylı Abşeron birinci seçki dairəsindən Nigar Məmmədova deputat mandatı qazanmaq üçün mübarizə aparacaq. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur.
Ramid Namazov
50 saylı Abşeron üçüncü seçki dairəsindən namizədliyi irəli sürülüb. Ramid Namazov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviridir.
Heydər Əsədov
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun 51 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülüb.
İsrafil Məmmədov
İmişli Rayon Mərkəzi Xəstəxanasının direktor müavini İsrafil Məmmədov 81 saylı İmişli şəhər seçki dairəsində seçicilərin etimadını qazanmağa çalışacaq.
Rəfail Tağızadə
88 saylı Şamaxı seçki dairəsindən Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə Baş məsləhətçisi Rəfail Tağızadənin namizədliyi YAP tərəfindən irəli sürülüb.
Gülgün Kərimov
108 saylı Ağstafa seçki dairəsindən Ağstafa rayon Dövlət Rəsm Qalereyasının direktoru Gülgün Kərimovun namizədliyi irəli sürülüb.
Mithad Sayadov
113 saylı Qax – Şəki seçki dairəsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin əməkdaşı Mithad Sayadov namizəd olacaq.
Asif Əsgərov
Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin siyahısında Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da adı var. O, 112 saylı Zaqatala Seçki Dairəsindən deputat mandatı qazanmaq üçün mübarizə aparacaq.
İbrahim Məmmədov
119 saylı Ağdam seçki dairəsindən “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədovun namizədliyi irəli sürülüb.
Rövşən Muradov
121 saylı Laçın seçki dairəsində Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov seçicilərin etimadını qazanmaq üçün mübarizə aparacaq.
Aqil Məmmədov
122 saylı Xankəndi seçki dairəsindən Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədovun namizədliyi YAP tərəfindən irəli sürülüb.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:50 / 24.07.2024
YAP-ın dövlət qurumlarında çalışan namizədləri – ADLAR
Hazırda oxunan: YAP-ın dövlət qurumlarında çalışan namizədləri – ADLAR
Hazırda oxunan: YAP-ın dövlət qurumlarında çalışan namizədləri – ADLAR
YAP-ın dövlət qurumlarında çalışan namizədləri – ADLAR
203391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.