Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilib. Namiq Babayev və Bəhram Xəlilov DİM İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.
Bizim.Media bu barədə DİM-in saytına istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM
Xatırladaq ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.
N.Babayev və B.Xəlilov isə DİM-in Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra ediblər.
Qeyd edək ki, Prezidentin ötəngünkü Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Bizim.Media