NATO Rusiyanın qulağının dibində - MÜHARİBƏ İMİTASİYASI 

Hazırda oxunan: NATO Rusiyanın qulağının dibində - MÜHARİBƏ İMİTASİYASI 

20324

NATO ölkələrinin “Defender Europe 2021” təlimləri başlayıb. İyun ayına qədər davam edəcək təlimlərin əsasən Şərqi Avropada- Balkan yarımadası və Baltikyanı ölkələrdə keçirilməsi planlaşdırılır. Mayın 5-də başlayan təlimlərin iyun ayına kimi davam edəcəyi bildirilir.

Bu qədər genişmiqyaslı təlimlərin məhz Şərqi Avropada keçirilməklə NATO Kremlə bir növ güc göstəmək niyyətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Rusiya ilə sərhəddə hərbi təlimlərə başladı


“Defender Europe 2021” Donbas münaqişəsinin gərginləşməsindən sonra Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədinə yeridilməsinə cavab mahiyyətindədir. Bu addımlar Qərb dünyasının Ukraynanın yanında olması mesajını Kremlinə çatdırmaq niyyəti güdür.

Rusiyanı təcavüzkar əməllərindən çəkindirməyə çalışan NATO bununla şərq sərhədlərində təhlükəsizliyi təmin etməyi hədəfləyir. Həmçinin NATO rəsmi Moskvanı təcavüzkar əməllərindən çəkindirməyə çalışır. Təlimlər bir növ  Rusiyadan gələn təhlükələrə qarşı hazırlıq xarakteri daşımaqdadır. 

Təlimlərin Ukrayna üçün də əhəmiyyəti böyükdür. Qərb bu addımı ilə Ukraynanı ərazi bütövlüyünü bərpa etmək üçün lazımi addımlar atmağa təhrik etmək niyyətindədir. NATO təlimlər vasitəsilə rəsmi Kiyevə hərbi əməliyyatlarda dəstək nümayiş etdirəcəyini göstərməyə çalışır. 

Ümumilikdə isə, NATO-nun bu təlimlərinin münaqişədə yeni səhifə açacağı inandırıcı görünmür.

Çünki təlimlərin keçiriləcəyi hələ fevral ayından bəlli idi. Bunun məntiqi nəticəsi olaraq Ukraynanın şərqində tərəflər arasında gərginlik yenidən artdı. Rəsmi Moskva Ukrayna sərhədinə yaxın bölgələrdə irihəcmli hərbi təlimlərə başladı.
 

Həmçinin Rusiya təlimlər vasitəsi ilə Qərbdən gələcək hər hansı təhlükəyə qarşı hazırlıq vəziyyətində olduğunu nümayiş etdirməklə, NATO-dan daha erkən davranaraq öz mesajlarını beynəlxalq arenaya çatdırmağa nail olub. Bu addımı ilə Kremlin NATO təlimlərinin verəcəyi ismarıcın da qarşısını almış oldu. 


Ukrayna tərəfi isə münaqişə bölgəsinə qüvvələrini yönləndirsə belə, ciddi hərbi əməliyyatlara başlamaqdan çəkindi.

Son olaraq isə aprelin sonlarında Rusiya təlimlərin başa çatdığını açıqlayaraq münaqişəyə yaxın bölgələrdə topladığı qüvvələrin böyük hissəsini geri çağırdı.

Bunula münaqişə bölgəsində müvəqqəti də olsa stabillik əldə olunub. Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaq üçün yetərli gücü olmayan Ukraynanın da yaxın dövrdə hərəkətə keçəcəyi inandırıcı görünmür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin