“Pakistanla birgə media işçi qrupu da yarada bilərik” - İlham Əliyev

Hazırda oxunan: “Pakistanla birgə media işçi qrupu da yarada bilərik” - İlham Əliyev

Pakistanla birgə media işçi qrupu da yarada bilərik - İlham Əliyev. İlham Əliyev, 2-ci Şuşa Qlobal Media Forumunda Pakistanla dostluq və iş birliyi haqqında danışıb.
202894

“Biz Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO


Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. 

“Bu sahədə (media – red.) səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin