“Bir neçə gün əvvəl Britaniyada, Oksfordşirdə bütün liderlər mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirdilər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO
Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlətimizin başçısı deyib:
“Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə izah etməyə çalışdım ki, biz qeyri-adi bir iş görməmişik. Fərq ondan ibarətdir ki, bütün milyardlarınıza rəğmən, siz uğursuz oldunuz, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”.
Bizim.Media