Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, M. Eynullayev əmək 1998-ci ildən başlayıb. O, 2002-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünası vəzifəsində çalışıb.
Bir müddət özəl sektorda işlədikdən sonra 2007- ci ildə İqtisadiyyat Nazirliyində baş məsləhətçi kimi karyerasına davam edib. 2009 – 2013-cü illər Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.
2013- 2017-ci illər Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. Elə 2017-ci ildə Prezidentin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarovun müavini vəzifəsinə təyin edilib. O, 1 ildən sonra yəni 2018-ci ildə Prezidentin sərəncamıyla vergilər nazirinin (M. Cabbarovun) müavini kimi fəaliyyət göstərməyə başlayıb.
2020-ci ildə isə Prezidentin növbəti sərəncamıyla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Ötən ildən M. Eynullayev həm də Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri vəzifəsini də icra edir.
Evlidir, 2 övladı var.
Bizim.Media