Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Siyavuş Novruzovun namizədliyini irəli sürüb.
Bizim.Media-nın əldə etdiyi məlumata əsasən, hal-hazırda Siyavuş Novruzovun namizədliyinin irəli sürüldüyü dairədə rəqibi yoxdur.
Məsələni dəqiqləşdirmək üçün VI çağırış deputatının özüylə əlaqə saxladıq.
Siyavuş Novruzov saytımıza açıqlamasında yayılan informasiyalar haqqında məlumatının olmadığını vurğulayıb:
“Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Rəqibim niyə yoxdur ki?! İstənilən vətəndaş namizədliyini irəli sürsə, rəqib olacaq. Hal-hazırda rəqibimin olub-olmaması ilə bağlı məlumatım yoxdur”, deyə o, bildirib.
Xatırladaq ki, II, III, IV, V və VI çağırış deputatı olan Siyavuş Novruzov bundan əvvəlki seçkilərdə 5 saylı Şahbuz-Babək dairəsindən seçilib. Lakin bu il ilk dəfə olaraq Siyavuş Novruzovun namizədliyi 2 saylı Şərur-Kəngərli seçki dairəsinə dəyişdirilib.
Bu dəyişikliyin seçkilərdə onun səs toplamasına təsir edib-etməyəcəyi ilə bağlı sualımıza isə Siyavuş Novruzov cavab verməkdən yayınıb.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:30 / 19.07.2024
Siyavuş Novruzovdan seçkilərə rəqibsiz getməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Siyavuş Novruzovdan seçkilərə rəqibsiz getməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Siyavuş Novruzovdan seçkilərə rəqibsiz getməsi ilə bağlı AÇIQLAMA
Siyavuş Novruzovun Şərur-Kəngərli seçki dairəsindən rəqibsiz namizədliyinin açıqlanması ilə bağlı ətraflı məlumat.
202715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.