Paşinyanın İlham Əliyevlə görüşdən qaçmasının SƏBƏBİ BİLİNDİ

Hazırda oxunan: Paşinyanın İlham Əliyevlə görüşdən qaçmasının SƏBƏBİ BİLİNDİ

202713

Xəbər verdiyimiz kimi Avropa Siyasi İcmasının Londonda keçirilən tədbiri çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi də nəzərdə tutulurdu. Lakin Böyük Britaniyanın Azərbaycan və Ermənistan liderlərini Londonda bir araya gətirmək cəhdi İrəvanın destruktiv yanaşması səbəbindən baş tutmayıb.

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrəvanın destruktiv mövqeyini şərh edərkən bildirib ki, Ermənistanın bu görüşdən imtina etməsi onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin təzahürüdür. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Makronla görüşdü - Ermənistan-Azərbaycan sülh danışıqları müzakirə olundu - FOTO/VİDEO


Görəsən, Paşinyan Londonda İlham Əliyevlə görüşdən niyə imtina edib?

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Ermənistan baş nazirinin Londonda Azərbaycan prezidenti ilə görüşdən imtina etməsi rəsmi İrəvanın müstəqil siyasət yürütmək iqtidarında olmadığının növbəti göstəricisidir: 

“Bu əvvəla tədbiri keçirən ev sahibi-Britaniya tərəfinə hörmətsizlikdir. Çünki belə bir görüşün keçirilməsi təklifilə Britaniyanın leyborist hökuməti, onun baş naziri çıxış edib. Belə bir görüş ilk olaraq cari ilin fevralında Münhendə Avropada təhlükəsizlik konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutub”. 

Ekspert qeyd edir ki, Paşinyanı Azərbaycan prezidenti ilə görüşdən Fransa prezidenti Makron, habelə ABŞ adminstrasiyası çəkindirib: 

“Makron Britaniyada keçirilən məlum sammit zamanı Ermənistanın silahlanmasına haqq qazandıraraq, Azərbaycanın onunla müqayisədə daha sürətlə silahlandığını bildirib. O habelə 2020-ci ildə baş verən müharibəyə görə Azərbaycanı ittiham edib. Azərbaycanın Ermənistanın müstəqilliyi və təhlükəsizliyini təhdid etdiyini iddia edən Makron məhz buna görə Fransanın bundan sonra da Ermənistanla hərbi texniki əməkdaşlığı genişləndirəcəyini bildirib. Makronun mövqeyi göstərir ki, rəsmi Paris Ermənistanı yönləndirir və eskalasiyanın artmasında maraqlıdır”. 

Həmsöhbətimiz deyir ki, Bayden kimi Makron da Ermənistana dəstək verməklə Azərbaycanı Qərbin təklif etdiyi sülh müqaviləsinin mətnilə razılaşmağa, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır: 

“Paşinyanı danışıqlardan çəkindirən digər tərəf Bayden adminstrasiyasıdır. Dünən ABŞ Dövlət katibinin vətəndaş təhlükəsizliyi, demokratiya və insan hüquqları üzrə muavini Uzra Zeyanın "ABŞ-ın Daglıq Qarabagda humanitar böhran və insan haqları sahəsində yaranmış vəziyyət, Ermənistana Qarabagdan köçmüş ermənilərin vəziyyətindən narahatlığı və bununla bagli Azərbaycanı Qarabag ermənilərinin hüquq və təhlükəsizliyini təmin etmək, onların Qarabaga qayıdışı üçün zəruri tədbirləri görməyə" çagırması da göstərir ki, ABŞ sülh müqaviləsinin mətninə insan haqları ilə baglı şərtləri əlavə etməyə çalışır. Bu isə, ABŞ-ın sülh təklifləri ilə baglı mövqeyində ikili standarlara qayıdışı deməkdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin